Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq

Oxunma vaxtı:40 Saniyə

Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gündüz yarımadanın bəzi yerlərinndə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23°, bəzi yerlərdə 27-30° isti olacaq.

Loading

Next Post

ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi

Amerikanın 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində ABŞ bayrağı işıqlandırılıb. Bu barədə ABŞ səfirliyi sosial şəbəkə hesabında paylaşım edib. “Bu gün Amerikanın 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasını böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşıladıq. Bu görüntü ABŞ-Azərbaycan dostluğunun otuz ildən […]