Əfqanıstanda terrorçu-kamikadze partlayış törədib, 5 nəfər ölüb

Oxunma vaxtı:29 Saniyə

Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz əyalətində “Kabul Bank”ın şöbəsi yaxınlığında terrorçu-kamikadze tərəfindən törədilən terror aktı nəticəsində ən azı beş nəfər ölüb.

Partlayış səhər saat 08:35-də baş verib. Qurbanlar arasında bankın mühafizəçisi, eləcə də mülki şəxslər və “Taliban” hərəkatının üzvləri də daxil olmaqla dörd nəfər var. Bundan başqa, yeddi nəfər yaralanıb.

Əyalət polisinin nümayəndəsi qeyd edib ki, hələ heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hakimiyyət orqanları hadisəni araşdırmağa davam edir.

Xatırladaq ki, “İslam dövləti”nin Əfqanıstan bölməsinin yaraqlıları “Taliban”ın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra taliblərə qarşı mübarizə aparırlar.

Loading

Next Post

Somalidə terrorçular hərbi bazaya hücum edib

“İslam Dövləti” (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib. Bu barədə “Reuters” hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, terrorçular avtomobil və motosikletlərdən istifadə edərək partlayıcı qurğular tətbiq ediblər. “İŞİD döyüşçüləri minalanmış avtomobil və motosikletlərdən istifadə edərək bizə hücum etdilər. Döyüşlər hələ […]