Somalidə terrorçular hərbi bazaya hücum edib

Oxunma vaxtı:18 Saniyə

“İslam Dövləti” (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib.

Bu barədə “Reuters” hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, terrorçular avtomobil və motosikletlərdən istifadə edərək partlayıcı qurğular tətbiq ediblər.

“İŞİD döyüşçüləri minalanmış avtomobil və motosikletlərdən istifadə edərək bizə hücum etdilər. Döyüşlər hələ də davam edir”, – Puntlandın hərbi nümayəndəsi Mohamud Fadiqo agentliyə bildirib.

Loading

Next Post

Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək

Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək.Bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb. Tədbirlər Planında qeyd olunub ki, il ərzində yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və […]