Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək

Oxunma vaxtı:42 Saniyə

Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək.

Bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb.

Tədbirlər Planında qeyd olunub ki, il ərzində yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və təlimlərin keçirilməsi, “Zəfərin izi ilə” layihəsi çərçivəsində məktəblilərin, tələbələrin və könüllülərin işğaldan
azad edilmiş ərazilərə səfərlərinin təşkili, təhsil müəssisələrində ilk dərs gününün “Konstitusiya və Suverenlik İli”nə həsr edilməsi, xüsusi dərslərin və mühazirələrin təşkili həyata keçirilsin.

Qeyd olunan tədbirlərin təşkili üçün icraçı orqanlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondu, Medianın İnkişafı Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri və Konstitusiya Məhkəməsi (tövsiyə olunur) müəyyən edilib.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, […]