Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

Oxunma vaxtı:34 Saniyə

Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir.

Tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev, həmçinin başqa dövlət qurumlarının idarə heyətlərinin üzvləri, nazir müavinləri və media subyektlərinin rəhbərləri iştirak edirlər.

Forum medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil edilir.

Tədbir açılış nitqləri və rəsmi hissənin ardınca “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukurunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifafəçilər” adlı panel sessiyalarla davam etdiriləcək.

Loading

Next Post

Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır

Son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır.Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən İkinci Forumda açılış nitqində deyib. O bildirib ki, hüquqi dövlət […]