“Brent” nefti 61,4 dollara qədər bahalaşıb

Oxunma vaxtı:39 Saniyə


Neft qiymətləri dekabrın 15-i səhər saatlarında əvvəlki həftədə baş verən düşüşdən sonra bahalaşıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Bakı vaxtı ilə saat 9:14-ə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti bir barel üçün 0,32 ABŞ dolları (0,52 %) artaraq 61,44 ABŞ dollarına çatıb. Dekabrın 12-si “Brent”in qiyməti 0,16 ABŞ dolları (0,26 %) artaraq 61,12 ABŞ dollarına düşmüşdü.

Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin yanvar fyuçerslərinın bu vaxta qədər qiyməti bir barel üçün 0,29 ABŞ dolları (0,5 %) artaraq 57,73 ABŞ dollarına çatıb. Əvvəlki sessiyada neftin kontrakt qiyməti bir barel üçün 0,16 ABŞ dolları (0,28 %) ucuzlaşaraq 57,44 ABŞ dolları təşkil edib.

Keçən həftə ərzində hər iki marka 4 %-dən çox itirib.

Loading

Next Post

DTX həbs olunan icra başçısının görünülərini YAYDI

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar […]