Bu gecə də mövqelərimiz atəşə tutulub – Rəsmi

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.

Bu barədə  Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Loading

Next Post

“Azərbaycanda su qıtlığı get-gedə daha da artacaq”

“Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq”. Bu fikirləri AMEA-nın vitse-prezidenti İradə Hüseynova Milli Məclisdə keçirilən TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib. Vitse-prezident vurğulayıb ki, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: “Hər il artan səhralaşma böyük narahatlıq doğurur. […]