Deputat buna görə Təhsil Nazirliyini TƏNQİD ETDİ

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

” Təəssüflər olsun ki, “Son zəng” zamanı kriminla mahnılar daha çox səslənib. Bilmək istəyirəm ki, Təhsil Nazirliyində və məktəbdə olan şəxslər hara baxırlar?”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, nədən məktəblilərin bu sahəyə marağının qarşısını ala bilmirik:

“Başa düşdük, məktəbli kənarda qulaq asa bilər, bunu nəzarətdə saxlaya bilmirik. Amma orta məktəblərdəki tədbirlərdə kriminal həyatı təbliğ edən mahnılara necə göz yumulur və onlar sosial şəbəkələri bəzəyir. Bu haqda düşünməliyik”.

Loading

Next Post

İşsizlikdən sığortaya dəyişikliklər sonuncu oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. İşsizlikdən sığorta fondunun (İSF) dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 […]