KİV: Şimali Koreya ordusunun çavuşu Cənubi Koreyaya qaçıb

Oxunma vaxtı:21 Saniyə

KXDR-dən olan hərbçi ölkənin şərqində ölkələrarası sərhədi keçərək Cənubi Koreya Respublikasına keçib.

Bu barədə Cənubi Koreya hərbçiləri arasında olan mənbələrə istinadən “Yonhap” agentliyi xəbər yayıb.

İnsident avqustun 20-də yerli vaxtla səhər saatlarında Qanvondo əyalətinin Koson kəndində baş verib: “Şimali Koreyanın hərbçisi bu gün səhər tezdən hərbi demarkasiya xəttini keçib və qalmaq istəyini bildirib. Hərbçilərimiz onun demarkasiya xəttini keçdiyi vaxtdan hərəkətlərini izləyir”, – agentliyin mənbəyi bildirib.

Məlumata görə, o, çavuşdur.

Loading

Next Post

IFFHS: "Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb

“Qarabağ” avrokuboklarda rekordu təkrarlayıb. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb. Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub. “Köhlən atlar” Bolqarıstanda “Ludoqorets”ə qalib gəldiyi (əsas vaxt – 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib. Daha əvvəl […]