Qətldə şübhəli bilinən şəxs saxlanıldı

Oxunma vaxtı:17 Saniyə

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində Əhmədli Səbuhi Arif oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib. Xatırladaq ki, hadisə martın 9-da baş verib.

Loading

Next Post

Bakıda dəmiryolu xətləri buna görə sökülürmüş: Hibrid yaşıl dəhliz YARADILIR - PLAN

Bir müddət əvvəl sosial şəbəkədə Bakıda dəmiryolu xətlərinin söküldüyü iddia edilən görüntülər paylaşılıb. Paylaşımda qeyd olunur ki, sökülən dəmiryolu xəttinin yerinə avtomobil yolu salınacaq. Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, texnika işləyən ərazi quruma məxsus deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, ərazidə agentlik […]