Tramp: ABŞ üçün daxili təhdidlər xaricdən gələnlərə nisbətən daha təhlükəlidir

Oxunma vaxtı:27 Saniyə

“ABŞ üçün daxili təhdidlər xaricdən, xüsusən də Çindən və ya Rusiyadan gələnlərə nisbətən daha təhlükəlidir”.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “X” sosial şəbəkəsinin sahibi İlon Maska verdiyi müsahibədə deyib.

“Bir çox hallarda ölkə daxilindəki insanlar dövlətimiz üçün rusiyalılardan, çinlilərdən daha təhlükəlidir. Əgər vəzifədə ağıllı prezident varsa, o zaman onlarla (Çin və Rusiya – Qeyd) heç bir problem olmayacaq”.

Tramp Ukrayna ilə Rusiya arasındakı müharibəyə də toxunub: “Ukrayna ilə bağlı özümü pis hiss edirəm. Düşünürəm ki, 2020-ci il prezident seçkilərində qalib gəlsəydim, Ukraynadakı münaqişədən qaçmaq mümkün olardı”.

Loading

Next Post

"Azərbaycan xalqı mənə çox inandı"

“Azərbaycan adını təmsil etmək böyük hissdir”. Bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes çıxışı barədə jurnalistlərə açıqlamasında deyib. O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Sizin dəstəyiniz sayəsində bura kimi gəldim. Azərbaycan bayrağını təmsil etmək gözəl duyğudur. Bu ölkə mənə çox inandı və bunun […]