Rusiyanın müdafiə naziri haradadır?

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

“Vaqner”in qısa müddətli üsyanı Rusiyada panika yaratsa da, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxması yeni iddialar ortaya çıxardıb.

Belarusun vasitəçiliyinin sonunda “Vaqner”in lideri Yevgeni Priqojin muzdlu dəstəni geri çəkib və bu proses boyu səssiz qalan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ortada görünməyib.

Dünən axşam mövzu ilə bağlı açıqlama verən və müdafiə nazirliyində hər hansı bir işdən çıxarılma ilə bağlı sualları cavablandıran Kremlin sözçüsü Dmitri Peskov, “Bu məsələlər Putinin səlahiyyətindədir” şərhini verib.

Uzun illər müdafiə naziri vəzifəsində çalışmış 68 yaşlı Şoyqu Putinin yaxın kadrları arasında Sovet İttifaqı dövründə kəşfiyyat bölməsində xidmət etməyən biri kimi seçilir. Britaniyanın “Sunday Times” qəzeti Şoyqunun qovulmuş ola biləcəyini şərh edib.

Nəşrin məlumatına görə, Şoyqu günlərdir ictimaiyyət qarşısına çıxmır:

“Əgər qovulma iddiaları doğrudursa, bu, “Vaqner”in lideri Priqojini sevindirər. O, son həftələr Şoyqunu çox tənqid edib”.

Loading

Next Post

Rəsmi Bakı Ermənistan XİN-in bəyanatına cavab verdi

“Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir”. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini […]