Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb

Oxunma vaxtı:39 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçilərinin yazın sonu, yayın əvvəlində ölkəyə səfər edə biləcəklərini deyib.

Bu barədə Zelenski Ukraynanın müdafiə naziri Rüstəm Umerovun mayın 7-də Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirdiyi görüşlər barədə məruzəsinin yekunları üzrə sosial şəbəkələrdə məlumat yayıb və danışıqların məzmunlu olduğunu qeyd edib.

“Biz zəruri səfərlərin qrafikini əlaqələndiririk və ABŞ prezidentinin elçilərinin yazla yayın qovuşağında Kiyevə gəlişini gözləyirik. Ümid edirik ki, bu dəfə planlarımızı həyata keçirməyə və diplomatiyanı fəallaşdırmağa nail olacağıq”, – Zelenski qeyd edib.

O əlavə edib ki, Mayamidəki müzakirələr zamanı tərəflər humanitar məsələlərə, o cümlədən hərbi əsirlərin mübadiləsinin davam etdirilməsinə toxunublar.

“Biz təhlükəsizliyə zəmanət verə biləcək razılaşmaların detallarını dəqiqləşdiririk”, – Zelenski bildirib.

O, konstruktiv yanaşmanın vacibliyini vurğulayıb və Ukraynanı, həmçinin ABŞ ilə ikitərəfli münasibətləri möhkəmləndirmək yolu ilə sülhə doğru irəliləməyin zəruriliyini qeyd edib.

Loading

Next Post

Ərdoğan: Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib

Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “SAHA 2026” sərgisinin bağlanış mərasimində deyib. O bildirib ki, SAHA 2026-da 200-dən çox yeni silah ilk dəfə nümayiş etdirilib: “Bundan çox məmnunuq. Məqsədimiz Türkiyə tam olaraq müdafiə sənayesi sahəsində bütün hər bir avadanlığı istehsal etməsidir. Bu istiqamətdə […]