İraq Prezidenti: Ölkəmiz İrana hücum üçün plasdarm olmayacaq

Oxunma vaxtı:21 Saniyə

İraq qonşu ölkələr, o cümlədən İrana hücum üçün plasdarm olmayacaq.

Bunu İraq Prezidenti Abdul Lətif Camal Rəşid İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə bildirib.

Məlumata görə, İraq Prezidenti Livan və Qəzza zolağında müharibəni dayandırmaq üçün lazım olan addımların atılmasının vacibliyini qeyd edib. O, müharibənin regionda mümkün genişlənməsinin qarşısını almağa çağırıb.

Rəşid Qəzza zolağı və Livanda müharibənin davam etməsinin regional, qlobal təhlükəsizliyi, sabitlik və sülhü təhdid etdiyini də vurğulayıb.

Loading

Next Post

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi […]