Harun Armağan: Türkiyə ABŞ və İran arasında mesajların ötürülməsində iştirak edir

Oxunma vaxtı:24 Saniyə

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) xarici işlər üzrə sədr müavini Harun Armağan Ankaranın, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış etdiyini bildirib.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyə gərginliyin azaldılmasını və birbaşa danışıqları təşviq etmək üçün İran və ABŞ arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayır.

H.Armağan bu mesajların təfərrüatlarını açıqlamayıb, lakin qeyd edib ki, onlar həmçinin Yaxın Şərqdə genişlənən regional müharibəyə cəlb olunmuş Fars körfəzi ölkələrinə də ötürülür.

Loading

Next Post

DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər. Bununla bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsi xəbərdarlıq yayıb. Bildirilib ki, yağıntılı hava ilə əlaqədar olaraq, DYP sürücülərə və piyadalara bir daha diqqətli […]