Ermənistanda vəkillər vergi artımına ETİRAZ EDİRLƏR

Oxunma vaxtı:28 Saniyə

Ermənistanda vəkillər vergi artımına etiraz olaraq tətil edirlər.

2024-cü ilin oktyabrından vəkillər 5% əvəzinə 10% dövriyyə vergisi ödəyəcək, 2025-ci ildən isə 20% ƏDV-yə keçəcəklər.

Hüquqşünaslar Palatasının rəhbəri Simon Babayan mətbuat konfransında bildirib ki, vergi artımı hüquqi xidmətlərin qiymətinin əhəmiyyətli dərəcədə, demək olar ki, 40% artmasına səbəb olacaq və bu, sadə vətəndaşların cibinə ziyan vuracaq.

Qeyd olunub ki, hazırda Ermənistan məhkəmələrində təqribən 250 min işə baxılır ki, bu da qanun layihəsinin ən azı 250 min şəxsə şamil edilməsi deməkdir. Hüquqşünaslar üçün vergi uçotu ilə bağlı əlavə bürokratik gecikmələr yaradılır.(Sputnik Armenia)

Loading

Next Post

İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı İranın Bakıdakı səfirliyində olub, helikopterin qəzaya uğraması nəticəsində İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onu müşayiət edən digər şəxslərin faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı verib.  Xatırladaq ki, mayın 19-da göyərtəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər […]