KƏŞ-in baş katibi: İran Bəhreyndə Dəniz Əməliyyatları Mərkəzinin binasına hücum edib

Oxunma vaxtı:24 Saniyə

İran Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Birgə Dəniz Əməliyyatları Mərkəzində iştirak edən bir qrup zabitin yerləşdiyi binaya hücum etdi.

“Report”un “Sky News Arabia”ya istinadən məlumatına görə, bu barədə təşkilatın baş katibi Casim Əl-Budeyvi bildirib.

Onun sözlərinə görə, hücuma məruz qalan binada KƏŞ-in Birgə Dəniz Əməliyyatları Mərkəzinin işində iştirak edən Qətərin Hərbi Dəniz Qüvvələrinin zabitləri yerləşdirilib.

Əl-Budeyvi İranın hücumunu bütün beynəlxalq qanunları və normaları pozan düşmənlik hərəkəti adlandırıb.

Qətər zabitləri arasında mümkün itkilər barədə məlumat verilmir.

Loading

Next Post

Sabah hava yağıntılı olacaq - PROQNOZ

Azərbaycanda martın 8-də havanın arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz […]