İndoneziya səfiri Sumqayıtda əməkdaşlıq məsələlərini müzakirə edib

Oxunma vaxtı:31 Saniyə

İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Sumqayıt ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qonağa şəhərin tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə şəhərdə həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi kimi regionun iqtisadi inkişafında mühüm rol oynayır.

B.Helmi Azərbaycan ilə İndoneziya arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Səfir Sumqayıtın sənaye və iqtisadi imkanlarını yüksək qiymətləndirərək, şəhərin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya biləcəyini vurğulayıb.

Loading

Next Post

Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. Bu ölkəyə 8 vaqon dizel yanacağı göndəriləcək. Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə tədarük olunacaq. Məhsullar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınacaq.