Kreml Vaşinqtonun Ukrayna və NATO ilə bağlı mövqeyini alqışlayır

Oxunma vaxtı:25 Saniyə

Ukraynanın NATO üzvü olmayacağı barədə Vaşinqtonun bəyanatları Moskva tərəfindən razılıqla qarşılanır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Ukraynanın NATO-ya üzvlüyünün istisna təşkil etdiyini Vaşinqtondan müxtəlif səviyyələrdə eşitmişik. Şübhəsiz ki, bu, bizdə məmnunluq doğurur və Ukraynanın NATO üzvü olmaması və Şimali Atlantika Alyansı ilə inteqrasiya perspektivlərinə malik olmaması barədə mövqeyimizlə üst-üstə düşür. Çünki əks halda bu, Rusiya Federasiyasının milli maraqlarına təhlükə yarada bilərdi”, – D.Peskov qeyd edib.

O, Ukraynanın NATO-ya can atmasının münaqişənin əsas səbəblərindən biri olduğunu xatırladıb.

Loading

Next Post

Plastik cərrahiyyə ilə bağlı sertifikat verən şöbə müdirləri barəsində məhkəmə qərar qəbul edib

Rüşvət müqabilində plastik cərrahiyyə ilə bağlı sertifikat verən Səhiyyə Nazirliyinin sabiq şöbə müdirlərinin ev dustaqlığı qətimkan müddəti uzadılıb. Binəqədi rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Rüstəmova Səidə Nurəddin qızı və nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova […]