İran Küveytdəki ABŞ aviabazasına və Hind okeanındakı gəmilərə zərbələr endirib

Oxunma vaxtı:21 Saniyə

İran ordusu Küveytdəki ABŞ-nin “Əli-Salem” aviabazasına, həmçinin Hind okeanındakı gəmilərə zərbələr endirdiyini bəyan edib.

Bu barədə ordunun bəyanatında deyilir.

“Müxtəlif mövqelərdən fəaliyyət göstərən quru və hərbi-dəniz qüvvələrinin raket bölmələri son bir neçə saat ərzində Küveytdəki “Əli-Salem” ABŞ hərbi aviabazasına, həmçinin Hind okeanının şimal hissəsindəki düşmən gəmilərinə zərbələr endirib”, – ordunun bəyanatında bildirilib.

Eyni zamanda, qeyd olunub ki, İranın hava zərbələrində 15 qanadlı raketdən istifadə edilib.

Loading

Next Post

Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün 1,6 milyon manat ayrılıb. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla bu vəsait Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılıb.