Yasamal sakinlərinin nəzərinə!

DogruSozTv Az
Oxunma vaxtı:31 Saniyə

Paytaxtın Yasamal rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Vasif Əliyev, Zahid Xəlilov, Zaur Kərimov küçələri, həmçinin Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər. Qeyd edək ki, […]