Pezeşkian: İran Donald Trampı öldürməyi heç vaxt planlaşdırmayıb

Oxunma vaxtı:37 Saniyə

İran heç vaxtı ABŞ-nin seçilən Prezidenti Donald Trampı öldürməyi planlaşdırmayıb.

Bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin “NBC News” telekanalına eksklüziv müsahibəsində bildirib.

O, Donald Trampa qarşı sui-qəsdlə bağlı suala cavabında deyib: “Bu, İsrailin və başqa ölkələrin İranafobiyanı təşviq etmək üçün hazırladıqları sxemlərdən daha biridir. İran heç vaxt kimisə öldürməyə cəhd etməyib və planlaşdırmayıb”.

Məsud Pezeşkian ABŞ-nin seçilən prezidentinin həyatına sui-qəsdlə bağlı heç bir cəhd olmayacağına dair söz verməyə hazır olub-olmadıqları ilə bağlı suala cavabında bildirib: “Biz heç vaxt buna cəhd etməmişik və etməyəcəyik”.

Bildirilib ki, bu, ABŞ-də keçirilən prezident seçkisindən sonra Məsud Pezeşkianın xarici mətbuata verdiyi ilk müsahibə idi.

İran KİV-in məlumatına əsasən, prezident bu müsahibədə sensasiyalı açıqlama verib. Ancaq onu hələ yaymayıblar.(Mehr)

Loading

Next Post

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini […]