Rusiya ordusu Zaporojyedə yataqxanaya zərbə endirib, 11 nəfər yaralanıb

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Rusiya ordusunun Zaporojyedəki yataxanaya zərbəsi nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər yaralanıb.

Bu barədə “UNIAN“ Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

“Yaralılar arasında altı uşaq var — üç qız və üç oğlan. Uşaqların yaşı 3 ilə 6 arasındadır. Hamısına zəruri tibbi yardım göstərilir,” – deyə o qeyd edib.

Bundan başqa, yaşayış binalarında bir neçə yanğın söndürülüb və zədələnmiş infrastruktur obyektlərində bərpa işlərinə başlanılıb.

Loading

Next Post

Zəngilanın Məmmədbəyli kəndində 188 ev inşa edilib - FOTO

Zəngilan rayonunun yenidən inşa olunan Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır. Bu barədə kəndə təşkil olunan media-turda bildirilib. Qeyd olunub ki, kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri […]