Banqladeşdə deputatların evləri yandırıldı – Ölənlər var

Oxunma vaxtı:19 Saniyə

Banqladeşdəki iğtişaşların iştirakçıları son bir gündə iki parlament deputatı və keçmiş Baş nazir Şeyx Hasinanın partiyasının 100-dən çox siyasətçi və fəalının evlərini yandırıb və ya dağıdıblar.

Bu barədə “Qafqazinfo” “Daily Observer” portalına istinadən xəbər verir.

Yandırılmış evlərin yerində 6 nəfərin cəsədi aşkarlanıb.

Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.

Loading

Next Post

Sosial şəbəkədə öz övladını satmaq istəyən ananın uşağı əlindən alındı

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb. Qeyd edilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək […]