Ukrayna Rusiyada iki kimya zavoduna dronlarla zərbə endirib

Oxunma vaxtı:22 Saniyə

Ukrayna ordusu aprelin 4-nə keçən gecə Rusiyanın Tolyatti şəhərində yerləşən iki kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib. Nəticədə müəssisələrdə yanğın başlayıb.

Bu barədə RBK-Ukrayna məlumat yayıb.

Tolyatti şəhərində hava həyəcanı fonunda partlayışların baş verdiyi bildirilir.

Məlumata görə, Ukrayna dronları Tolyattikauçuk və KuybyshevAzot zavodlarını hədəfə alıb.

Hücumu təsdiqləyən Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev zərbə nəticəsində bir nəfərin yaralandığını, həmçinin PUA-nın çoxmənzilli yaşayış binasına da zərbə endirdiyini bildirib.

Loading

Next Post

Yol polisi yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. BDYPİ-dən verilən xəbərə görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək,bölgələrdə isə aprelin 4-ü səhər saatlarından qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı […]