Türkiyə ordusu son bir həftədə 45 terrorçu öldürüb

Oxunma vaxtı:32 Saniyə

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimal hissəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində 45 terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk bildirib.

Müşavirin sözlərinə görə, 2024-cü il yanvarın 1-dən indiyədək iki min 194 terrorçu öldürülüb.

Aktürk bildirib ki, “Pence-kilid” əməliyyatı böyük əzmlə davam edir: “İndiyədək ümumilikdə 3 min 94 mina və PUA məhv edilib, 1256 mağara və sığınacaq yararsız vəziyyətə salınıb, 937-si ağır silah olmaqla, 2 min 333 müxtəlif silah və bu silahların 881 min 445 sursatı ələ keçirilib”.

Müşavir həmçinin qeyd edib ki, 82 min 307 nəfərin Türkiyəyə qanunsuz keçidinin qarşısı alınıb.

Loading

Next Post

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub […]