“Al Hadath”: İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq

Oxunma vaxtı:21 Saniyə

İran və ABŞ nümayəndə heyətlərinin dolayı danışıqlarının növbəti raundu iyulun 18-də başlayacaq.

Bu barədə “Al Hadath” telekanalına mənbəyə istinadən məlumat verilib.

Bildirilib ki, İran-ABŞ danışıqlarının növbəti mərhələsi dolayı formatda keçiriləcək. Bununla yanaşı, Tehran və Vaşinqton nümayəndələrinin görüşünün keçiriləcəyi yer hələlik açıqlanmır.

Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib, nəticədə müsbət irəliləyiş əldə edilib.

Loading

Next Post

Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH

Gürcüstan Mərkəzi Asiya (Türküstan) ölkələri ilə əlaqələri gücləndirir. İyulun 2-3-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tbilisiyə ilk dəfə ikigünlük dövlət səfəri edəcək.Özbəkistan lideri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze ilə danışıqlar aparacaq, ticarət və investisiyalara dair müzakirələr olacaq, biznes-forum keçiriləcək, iki ölkə arasında bir sıra sənədlər imzalanacaq. Özbəkistan Türküstanın […]