Tramp: HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində iştirakına imkan verməyəcəyik

Oxunma vaxtı:31 Saniyə

Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatının gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ondan ABŞ-nin HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində hər hansı rol oynamasına mane olub-olmayacağı soruşulub. “Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik”, – Tramp bildirib. “Biz Qəzza ilə nə baş verəcəyini görəcəyik, lakin Yaxın Şərqdə çox irəliləyiş əldə etdik”, – o vurğulayıb.

“Bu xüsusi günün hadisələri – 7 oktyabr 2023-cü il – heç vaxt baş verməməli idi”, – Amerika lideri fikirlərinə davam edib. “Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq”, – o, yekunlaşdırıb.

Loading

Next Post

BİZİM TƏQVİM: Aprelin 23-də baş vermiş tarixi hadisələr

23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər. 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi. Bəs aprelin 23-də dünyada daha hansı hadisələr baş verib? 1. 23 aprel 1827-ci ildə Rusiyanın Əlahiddə Qafqaz […]