Buna görə dünya çempionatı Ermənistana verilmədi

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatının yeri müəyyənləşib.

Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyası məlumat yayıb.

Bildirilir ki, qurum yarışı təşkilatçılığına 3 namizəd arasında seçim edib. İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb. Digər namizədlərdən biri Ermənistan isə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verənlərə görə səsvermədə Asiya ölkəsinə uduzub.

Xatırladaq ki, son qitə çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Loading

Next Post

Qubada bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırıldı - VİDEO

Azərbaycanda ötən gün bəzi yerlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qubada bir neçə avtomobil yolunda hərəkətdə yaranmış məhdudiyyətlər aradan qaldıırlıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilir ki, intensiv yağıntılar nəticəsində sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması ilə […]