Makron idman zalındakı bu fotosuna görə ələ salındı

Oxunma vaxtı:23 Saniyə

Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronu boks məşqi zamanı idman zalında çəkdirdiyi fotoya görə ələ salıb.

Filippo bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Makron Putinlə döyüşmək istəyir, buna görə də hazırlaşır”, – deyə siyasətçi Makronu ələ salaraq vurğulayıb.

Vətənpərvərlər Partiyasının liderinin fikrincə, Makronun özünü lider kimi tanıtmaq üçün bu cür cəhdləri zövqsüz təbliğatdan başqa bir şey deyil.

Qeyd edək ki, fotonu prezidentin şəxsi fotoqrafı Soaziq de la Muassoner sosial şəbəkələrdə paylaşıb.

Loading

Next Post

Rəsmi Bakıdan Fransaya çağırış

 “Martın 20-də Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik”. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransanın Baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə münasibət […]