Belqorod aeroportuna PUA-larla hücum – İşçilər təxliyə edildi

Oxunma vaxtı:17 Saniyə

Rusiyanın Belqorod vilayətinin hava limanına pilotsuz uçuş aparatları ilə hücum edilib.

Bu haqda Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, komanda və idarəetmə mərkəzinin binasında partlayış baş verib.

Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib, təhlükəsizlik orqanlarının bomba mütəxəssisləri hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, sözügedən aeroport bir müddət öncə mövcud vəziyyətlə əlaqədar sərnişinlərin istifadəsinə bağlanıb.

Loading

Next Post

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi oldu

Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş hərbçilərin mübadiləsi baş tutub. Bu haqda “TASS” məlumat yayıb. Hərbi əsirlər 115-ə 115 prinsipinə əsaslanaraq dəyişdirilib. Yəni 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Məlumata görə, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.