İsrail HƏMAS-dan Trampın atəşkəs təklifinə cavab gözləyir

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

İsrail hökuməti HƏMAS qruplaşmasından ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı təklifinə rəsmi cavab gözləyir.

Bu barədə Baş nazirin dəftərxanasından bildirilib.

“Onların cavabının necə olacağını təxmin edə bilmərik”, – dəftərxanadan bəyan ediblər.

Daha əvvəl Yaxın Şərq KİV-lərinin yaydığı məlumata görə, HƏMAS rəsmiləri vasitəçilərə Trampın planını müzakirə etmək üçün daha çox vaxt lazım olduğunu bildiriblər.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında danışıqlar aparılıb. Danışıqların nəticəsinə əsasən, Qəzzada vəziyyətin nizamlanması ilə bağlı 21 bənddən ibarət sülh planı qəbul edilib.

Loading

Next Post

III MDB Oyunları: Qəbələdə daha bir futbol matçı keçirilib

III MDB Oyunları çərçivəsində daha bir futbol matçı keçirilib. 5-ci yer uğunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan görüş Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bu gün bürünc medal uğunda matçda Belarus və Tacikistan milliləri üz-üzə gələcək. Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də […]