Ukrayna dronları Xəzər dənizində Rusiyanın hərbi gəmisinə və “Lukoil”in neft-qaz platformasına zərbə endirib

Oxunma vaxtı:26 Saniyə

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyanın “Oxotnik” hərbi gəmisinə zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“19 dekabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbi dəniz qüvvələrinin “Oxotnik” gəmisini uğurla vurub. Gəmi Xəzər dənizində neft və qaz hasilatı platformasının yaxınlığında patrul xidməti həyata keçirirdi”, – məlumatda bildirilib.

Qeyd olunub ki, gəmiyə bir neçə Ukrayna dronu zərbə endirib. Hazırda zərərin dərəcəsi və gəminin gövdə nömrəsi müəyyənləşdirilir.

Bundan əlavə, Ukrayna qüvvələri Xəzər dənizindəki “Lukoil” şirkətinə məxsus Filanovski neft və qaz yatağında qazma platformasına da zərbə endirib.

Loading

Next Post

Azərbaycan və Monteneqro Hökumətlərarası Komissiyanın növbəti görüş barədə danışıqlar keçirəcək

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq hər zaman müzakirə predmetidir”. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu baxımdan Hökumətlərarası Komissiyasının işini çox vacib hesab edir: “Hökumətlərarası Komissiyanın növbəti görüş barədə detallı danışıqlar […]