Paşinyan Tokayevlə görüşdü

Oxunma vaxtı:25 Saniyə

Ermənistana rəsmi səfər edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev prezident iqamətgahına gəlib. Ermənistan prezidentinin iqamətgahında Tokayevin təntənəli qarşılanma mərasimi keçirilib.

Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahda Qazaxıstan prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin iştirakı ilə təntənəli mərasim keçirilib, Ermənistan və Qazaxıstanın dövlət himnləri səsləndirilib, Paşinyan və Tokayev Ermənistan və Qazaxıstan nümayəndə heyətlərinin üzvlərini salamlayıblar.

Rəsmi qarşılanma mərasimindən sonra baş naziri Nikol Paşinyanla Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında təkbətək görüş olub.

Tokayevin prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyanla da görüşləri gözlənilir.

Loading

Next Post

"Qaçqınkom"un mətbuat departamenti ləğv edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Qeyd edək ki, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib. Sərəncama əsasən, qurumun Repatriasiya departamenti və […]