Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Oxunma vaxtı:20 Saniyə

Pakistanda ordu aviasiyasının “Mi-17” helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.

“Göyərtədəki bütün şəxslər həlak olub. Sağ qalan yoxdur”, – bəyanatda qeyd olunub.

Aviaqəzanın təfərrüatları aydınlaşdırılır.

Loading

Next Post

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrində qaz olmayacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır. Belə ki, iyunun 11-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Azadlıq prospekti, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, […]