Oğuzun yeni icra başçısı kimdir?

Oxunma vaxtı:29 Saniyə


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Cavid Əbdul-Qədirov bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.  

Yeni icra başçısı 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi olub.

O, 2020-2021-ci illərdə nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Cavid Əbdul-Qədirov ingilis, rus dillərini sərbəst bilir.

Ailəlidir, iki övladı var.

Loading

Next Post

Prezidentdən İbrahim Məmmədovla bağlı SƏRƏNCAM

İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, İ.Məmmədov media sahəsində səmərəli fəaliyyətinə görə ordenlə təltif olunub. Qeyd edək ki, İbrahim Məmmədov hazırda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyir. İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab […]