Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib – Səfir

Oxunma vaxtı:26 Saniyə

Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı edilən siyasi təzyiqlərə cavab verib, çünki biz iki dövlət, bir millətik.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri qardaşlıq münasibətləridir, dünyanın heç bir millətləri arasında belə münasibət yoxdur:

“Azərbaycan da bizim vətənimizdir. Ürəyimiz eyni hisslərlə vurur. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu gün kəlbəcərlilər yenidən doğma torpaqlarına qayıdır. Bu, Azərbaycanın böyük zəfərinin nəticəsidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Hazırda da Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu təsdiq edib. Doğrusöztv.Az-ın məlumatına görə, qanunla Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır.