TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib

Oxunma vaxtı:21 Saniyə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycana səfərə gəlib.

Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Fuat Oktay dekabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak edəcək.

Tədbirdə 13 ölkə parlamentinin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsinin iştirakı gözlənilir. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada Azərbaycan və Türkiyə parlamentlərinin nümunələri” mövzusunda dəyirmi masa da keçiriləcək.

Loading

Next Post

Qətərdə görüşəcəklər

Suriyada vəziyyətin nizamlanmasına dair Astana formatının iştirakçı ölkələrinin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirləri Qətərdə danışıqlar aparacaqlar. Bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova açıqlayıb. Görüş dekabrın 7-də 22-ci Doha forumu çərçivəsində baş tutacaq.  Qeyd edək ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların […]