Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Oxunma vaxtı:30 Saniyə

Qlobal əmtəə bazarında neft qiymətləri yeni həftənin başlaması ilə 5 %-dən çox aşağı düşüb.

Bunu ticarət məlumatları göstərir.

“Qara qızıl”ın ucuzlaşmasına səbəb isə ABŞ Prezidenti Donald Trampın İranla yeni danışıqlar barədə bəyanatı olub.

“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 5,17 % aşağı düşərək 1 barel üçün 83,38 ABŞ dolları, WTI-in sentyabr fyuçersləri isə 5,92 % ucuzlaşaraq 79,66 ABŞ dolları olub.

Xatırladaq ki, daha əvvəl D.Tramp ölkəsinin İrana ötən həftə sonu planlaşdırdığı hərbi hücumu ləğv etdiyini bildirib. O, həmçinin qeyd edib ki, ABŞ ilə İran avqustun 3-ü gün ərzində danışıqlar aparacaq.

Loading

Next Post

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət edilib. Ziyarət zamanı həmçinin Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı olub. Mərasimdə Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Ombudsman Aparatının rəhbərliyi, diplomatik korpusun nümayəndələri, eləcə də, Milli Məclisin üzvləri, mədəni-elmi ictimaiyyət, həmçinin mərhum yazıçının ailə üzvləri iştirak ediblər. Çıxış edən mədəniyyət […]