Yağıntılı hava nə vaxtadək davam edəcək?

Oxunma vaxtı:26 Saniyə

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində noyabrın 28-dən 29-u axşamadək arabir yağış yağacağı gözlənilir.

Bununla bağlı Milli Hidrometrologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

Siyavuş Kərimi vəzifəsindən azad olundu

Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Xalq artisti Siyavuş Kərimi 2001-ci ildən rektor idi.