SOCAR ABŞ şirkəti ilə “yaşıl enerji” keçidində əməkdaşlıq edə bilər

Oxunma vaxtı:31 Saniyə

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin “Apollo Global Management, Inc.” şirkəti arasında “midstream”, “yaşıl enerji” keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bu barədə müzakirələr bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində şirkətin prezidenti Rövşən Nəcəf ilə “Apollo Global Management, Inc.”in idarəedici direktoru Conatan Bar arasında görüşdə aparılıb.

Görüşdə “Bakı Enerji Həftəsi”nin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bu xüsusda, tədbirin açılış mərasimi çərçivəsində tərəflər arasında imzalanan sənədlərin qarşılıqlı səmərəli əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı eləcə də enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 3-də gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° […]