Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Oxunma vaxtı:42 Saniyə

Bakıda və Abşeron yarımadasında mayın 3-də gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Loading

Next Post

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin davamlı tərəqqisi ilə bağlı ən xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək Bosniya və […]