ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb

Oxunma vaxtı:19 Saniyə

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Loading

Next Post

“Roskomnadzor” “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib

“Roskomnadzor” federal qanunvericiliyin tələbləri əsasında “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib. Bu barədə rəqəmsal inkişaf naziri Maksut Şadaev bildirib. O qeyd edib ki, “Telegram” Rusiya Federasiyasından qadağan olunmuş məlumatları silmək üçün 150 min sorğuya məhəl qoymayıb.