Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Oxunma vaxtı:51 Saniyə

Qafqaz regionunda qanunlara, legitimliyə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni status-kvo formalaşır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu həftə Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə daha bir tarixi an yaşanıb.

“Azərbaycan Baş nazirinin müavini Ermənistana səfər edib, burada iki ölkənin – Azərbaycan və Ermənistanın hökumətlər səviyyəsində gündəliyin müxtəlif bəndləri, o cümlədən iqtisadi və ticarət münasibətləri, siyasi dialoq, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası müzakirə olunub – necə ki bu, qonşu ölkələr arasında adətən baş verir”, – Hacıyev deyib.

O, həmçinin əlavə edib ki, Ermənistana ayrı-ayrı malların tədarükü iki ölkə arasındakı münasibətlərdə yeni normaya çevrilir:

“Bu həm də Ermənistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ümumi rifahına kömək edir. Biz ayrı-ayrı malların idxalı imkanını nəzərdən keçiririk və iki ölkənin biznes icmaları artıq birgə fəaliyyət göstərirlər”.

H.Hacıyev vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin daha geniş mənada həlli, xüsusən də Cənubi Qafqaz regionunda yeni gərginlik ocaqlarının yaranmasını nəzərə alaraq, hər iki ölkənin təhlükəsizliyini təmin edir.

Loading

Next Post

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb […]