III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib

Oxunma vaxtı:29 Saniyə

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.

Göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici iştirakçının qatılacağı builki Forum “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və kütləvi informasiya vasitələrinin dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunacaq və iyulun 21-dək davam edəcək.

İştirakçılar arasında 30-dan çox ölkənin aparıcı informasiya agentliklərinin, 7 beynəlxalq təşkilatın, həmçinin təxminən 80 müxtəlif media qurumunun nümayəndələri var.

Forum media sahəsində qlobal çağırışların müzakirəsi, təcrübə mübadiləsi, yeni peşəkar əlaqələrin qurulması və informasiya əməkdaşlığı sahəsində birgə təşəbbüslərin hazırlanması üçün mühüm platforma olacaq.

Loading

Next Post

Növbəti üç gündə bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Qeyd olunub ki, Naxçıvan MR, Kəlbəcər, Zəngilan, Beyləqan, Füzuli, İmişli, Ağstafa, Qazax, Gəncə, Tovuz, Göygöl, Şəmkir, Samux, Daşkəsən, Gədəbəy, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Zərdab, […]