Sabah qar yağacaq, gecə və səhər bəzi yollar buz bağlayacaq

Oxunma vaxtı:41 Saniyə

Bakıda və Abşeron yarımadasında martın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Ayın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə gecə 19-24° şaxta, gündüz 0-5° şaxta olacaq.

Loading

Next Post

Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünən Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşdən sonra ABŞ Prezidenti Donald Trampı dəstəkləyib. O, bununla bağlı feysbuk səhifəsində paylaşım edib. “Dünən müharibə partiyası ilə sülh partiyası arasında bir daha aydın xətt çəkildi. Mən Tramp və Zelenski arasındakı sözlü mübahisəni yox, ona verilən […]