DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, “YAŞAT” Fondu ilə iş şöbəsi, baş məsləhətçi (1 vakant yer üzrə 63 namizəd), Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Aparat, Dövlət qulluğu və insan resurslarının idarə edilməsi şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 42 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 14 sentyabr – 29 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Şənbə günü 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti […]