“Qış parkı”ndakı dayanacaqda bahalaşma – Parkinq qiymətləri

Oxunma vaxtı:31 Saniyə

Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”ndakı yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər açıqlanıb.

Modern.az-ın məlumatına görə, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat – 1 manat;

2-4 saat – 2 manat;

4-6 saat – 3 manat;

6-10 saat – 4 manat;

10-12 saat – 5 manat;

12-24 saat – 8 manat.
 Aylıq tariflər isə belə olacaq:
 Bir günə 12 saatlıq – 80 manat (əvvəllər 30 manat);Bütün günü (24 saatlıq) – 120 manat (əvvəllər 60 manat);Qonşular tarifi – 50 manat (əvvəllər 20 manat).

1334092

Loading

Next Post

Teleaparıcıların efir vaxtı azaldıldı

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib. Bu barədə telekanal məlumat yayıb. Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-:16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq. Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb.  […]