Azərbaycanda bu universitet ləğv edildi

Oxunma vaxtı:26 Saniyə

“Naxçıvan” Universiteti MMC ləğv olunduğunu elan edib.

Bu barədə Vergiler.az məlumat yayıb.

Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, “Naxçıvan” Universiteti 1994-cü ildən 1999-cu ilə kimi “Naxçıvan” bazası kimi fəaliyyət göstərib. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olub. Sonralar universitet İsmayıl Əliyevin əlindən alınıb və təsisçi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra universitetə nəzarət də onun əlindən çıxmışdı.

Loading

Next Post

Naxçıvanda 18 yaşlı gənc intihar edib

Naxçıvanda 18 yaşlı gənc intihar edib. Hadisə Babək rayonunun Sirab kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü Abbasov Kazım Qılman oğlu intihar edib. Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.