Lavrov iranlı həmkarı ilə danışdı

Oxunma vaxtı:23 Saniyə

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Abbas Araqçı arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər fevralın 17-də Cenevrədə baş tutan ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Rusiya İranın qanuni hüquqlarına hörmət edilməklə ədalətli siyasi-diplomatik həll yolu axtarışına yönəlmiş danışıqlar prosesinə dəstəyini ifadə edib.

Bundan əlavə, söhbət zamanı qarşılıqlı maraq doğuran ayrı-ayrı məsələlərə toxunulub.

Loading

Next Post

“mygov”la bağlı təqdim edilən videoçarx izlənmə rekordu qırdı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” platformasının yeni videoçarxı sosial şəbəkələrdə qısa müddətdə böyük maraqla qarşılanıb. Videoçarx cəmi üç gün ərzində 4 milyondan çox baxış toplayaraq izlənmə rekordu qırıb. “mygov ilə sənədlərim hər zaman üstümdədir” yeni çarxın əsas mesajıdır.  Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda […]